3 kiloqram narkotik maddə ilə qaçmaq istəyən şəxslər tutuldular | 1news.az | Xəbərlər
Cəmiyyət

3 kiloqram narkotik maddə ilə qaçmaq istəyən şəxslər tutuldular

22:18 - 25 / 01 / 2017
3 kiloqram narkotik maddə ilə qaçmaq istəyən şəxslər tutuldular

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə və qaçaqmalçılığa qarşı fəaliy­yətlərini uğurla davam etdirirlər.

1news.az-ın Xidmətin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 23-də saat 05:10 radələrində daxil olmuş məlu­ma­­t əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təzəkənd  kəndi ərazisində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərək  avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq Aydın oğlu və Laçın rayon sakini Nəbiyev Sənan Surxay oğlu  sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılıblar.

Avtomobilə baxış zamanı bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 2 kq tiryək və 1 kq heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1news.az

 

Paylaş:
896

Son xəbərlər

Bütün xəbərlər