Günəş enerjisi ilə işləyən qulaqcıq təqdim olunub
“Bluetooth” simsiz rabitə funksiyası ilə təchiz edilən qulaqcıqlar avtonomluq istisna olmaqla simli modellərdən bir sıra üstünlüklərə malikdir.
AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, oxşar aksesuarları orta hesabla gündə bir dəfə enerji ilə doldurmaq lazım gəlir. “Sola” startapı bu problemi həll etmək qərarına gələrək eyniadlı qarnitura enerji toplamaq üçün kiçik günəş paneli əlavə edib.
Başın arxa hissəsindən taxılan “Sola” qurğusu simsiz qulaqcıqlar üçün adi formada düzəldilib. Layihə müəlliflərinin sözlərinə görə, günəş enerjisi ilə qulaqcığın avtonom iş rejimi 25-30 faiz artır.
Qulaqcığın günəş enerjisi ilə inteqrasiya edilməsinə baxmayaraq çəkisi 57 qram təşkil edir. Qurğuda mikrofon, 200 milliamper/saat tutumlu akkumulyator, USB vasitəsilə enerji toplamaq üçün çıxış, eləcə də küyü azaltma funksiyası quraşdırılıb.
Hazırda “Indiegogo” saytında qurğunun istehsalı üçün vəsait toplanır və artıq gözlənilən 30 min dolların üçdəbir hissəsi yığılıb. İlk əmanətçilər üçün qiyməti 29 dollar olacaq qulaqcığın tədarükünə iyulda başlamaq planlaşdırılır.
AZƏRTAC