Türkiyə bütün dünyanın arzuladığı qanunu həyata keçirəcək
Bütün ailələrdə çalışan valideynlər üçün övladlarının evdə tək və ya tanımadıqları dayəyə buraxması çox çətindir. Eləcə də valideynlər uşağa baxması üçün dayəyə pul ödəməli olurlar.
Türkiyədə isə bu problemin həlli tapılıb. Belə ki, ölkə nəvələri ilə qalmaq, onlara qulluq etmək istəyən nənələr üçün əməkhaqqı ödəmək qərarına gəlib.
Belə ki, 2017-ci ilin fevralında Türkiyə nənələrin həftə içi nəvələrə baxdıqları üçün qanuni əməkhaqqı ilə təmin olunması üçün pilot proqram buraxacaq.
Proqrama görə, təqaüdü 1000-1800 türk lirəsi ($ 250–450 və ya 476-858 AZN) civarında olanlar əlavə qazanc əldə etmək üçün evlərində nəvələrinə baxa bilər.
Proqramın məqsədi – qadınların iş qabiliyyətinin yüksəldilməsidir.
Layihə Türkiyənin iki bölgsində - Bursa və İzmirdə start götürəcək. Layihınin ilkin mərhələsində 1000 ailə əhatə olunacaq. Altı aydan sonra proqramın nəticələrinə uyğun olaraq Türkiyənin digər əyalətlərində də həyata keçiriləcək.
Proqram qadınların tam iş günü çalışmasına, eləcə də daha çox əməkhaqqı almasına səbəb olacaq. Türkiyənin əmək və sosial təminat nazirinin CNN Turk-ə verdiyi müsahibəyə əsasən nənələr nəvələrinə baxdıqları üçün ayda 400 türk lirəsi ($104 və ya 199 AZN) əməkhaqqı alacaqlar.
S.Xankişiyeva