Bakıda oğurluq edən iki qadın tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda oğurluq edən iki qadın tutulub

14:34 - 27 / 01 / 2017
Bakıda oğurluq edən iki qadın tutulub

Polis əməkdaşları Bakıda oğurluqla məşğul olan qadınları saxlayıblar.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də rayon ərazisindəki evlərdən birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini Güllü Qasımova tutulub.

Bundan başqa Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon sakini B.Əmrahovaya məxsus içərisində 308 manat pul, tütün məmulatı və ərzaq məhsulları olan çantasını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Nadya Ələsgərova saxlanılıb.

1news.az

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər