İmpakt jurnallarda məqalələrin sayı 40 faiz artıb
2016-cı ildə Azərbaycan universitetlərinin dünyanın məşhur “Web of Sceince” bazasındakı impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayı 350 olub.
1news.az-ın məlumatına görə, bu, 2015-ci ildə dərc olunan məqalələrdən (250) 40 faiz çoxdur.
Bu fərq 2015-ci ilin dekabrında Təhsil Nazirliyi ilə dünyada intellektual informasiya üzrə ən aparıcı platforma olan “Thomson Reuters” agentliyi arasında bağlanan əməkdaşlıq müqaviləsinin nəticəsidir.
Əməkdaşlıq nəticəsində ilk dəfə olaraq ölkəmizin 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. “Thomson Reuters” öz arxivi ilə yanaşı, yeni çap olunan jurnalları,monoqrafiyaları, konfrans materiallarını da Azərbaycan alimlərinin ixtiyarına verib.
Qeyd edək ki, ötən il dünyanın ən mötəbər impakt faktorlu jurnallarında ölkəmiz üzrə dərc olunan 734 məqalənin demək olar ki, yarısı universitet alimlərinin əqli məhsullarıdır.
1news.az