Dünyada ilk: kanadalı həkimlər xəstənin ağciyərini tamamilə kəsib götürüblər | 1news.az | Xəbərlər
Dünya

Dünyada ilk: kanadalı həkimlər xəstənin ağciyərini tamamilə kəsib götürüblər

18:31 - 27 / 01 / 2017
Dünyada ilk: kanadalı həkimlər xəstənin ağciyərini tamamilə kəsib götürüblər

Kanadalı həkimlər dünyada ilk dəfə ağciyərini zədələyən ağır xəstəlikdən əziyyət çəkən pasiyent üzərində unikal cərrahiyyə əməliyyatı aparıblar.

1news.az Azərtac-a istinadən xəbər verir ki, infeksiyanın öhdəsindən gələ bilməyən və donor orqan tapmayan həkimlər radikal addım ataraq, xəstənin zədələnmiş ağciyərini tamamilə kəsib götürmək qərarına gəliblər.

32 yaşlı qadın 6 gün süni koma vəziyyətində olub. Bu müddət ərzində onun ağciyəri funksiyasını qanı oksigenlə zənginləşdirən və karbonu kənarlaşdıran texnika yerinə yetirib. Sonra donor orqan tapılıb və həkimlər uğurlu transplantasiya əməliyyatı aparıblar.

Hazırda pasiyent sağalmaq üzrədir. Onu daha bir köçürülmə əməliyyatı gözləyir, çünki xəstəlik böyrəklərini də sıradan çıxarıb. Amma bu dəfə donor tez tapılıb və bir neçə aydan sonra əməliyyat aparmaq planlaşdırılıb.

1news.az

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər