FHN-in qərargah rəisi: “Yanğından xilas edilən iki nəfərin vəziyyəti ağırdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in qərargah rəisi: “Yanğından xilas edilən iki nəfərin vəziyyəti ağırdır”

20:25 - 27 / 01 / 2017
FHN-in qərargah rəisi: “Yanğından xilas edilən iki nəfərin vəziyyəti ağırdır”

“Bu gün axşam saatlarında Bakının "Sovetski" kimi tanınan ərazisində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğının söndürülməsi üçün 13 yanğınsöndürən maşın və 90 nəfərə yaxın şəxsi heyət cəlb olunub”.

1news.az “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğın ümumi həyət tipli bir tərəfi ikimərtəbəli, digər tərəfi üçmərtəbəli taxta konstruksiyalı mənzillərdə baş verib:

“Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub. Uçqunlar altında qalan bir nəfərin cəsədi aşkar olunub. Xilas edilən insanlardan ikisi qadın, digər ikisi isə kişi olub. Hazırda yataq xəstəsi olan iki nəfərin vəziyyəti ağırdır”.

Ə.Novruzov bildirib ki, yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır:

“Təhqiqat işlərinin nəticəsindən asılı olaraq səbəblər məlum olacaq. İlkin ehtimal üçün müxtəlif səbəblər ola bilər. Yanğının tez yayılmasına səbəb evlərdə taxta konstruksiyaların çoxluq təşkil etməsidir”.

Qərargah rəisi vurğulayıb ki, yanğınla bağlı çağırış 17.01 radələrində Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə daxil olub:

“Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunaraq Bakı qarnizonu dərhal hadisə yerinə cəlb olunub”.

Hadisə zamanı dünyasını dəyişən 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitovanın mənzilində baş verib.

1news.az

Paylaş:
631

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər