Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb

14:58 - 29 / 01 / 2017
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lent.az-a verilən məlumata görə, hava arabir tutulacaq, gecə və axşam bəzi yerlərdə yağış, sulu qar yağacaq.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-5° isti olacaq. Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

1news.az

Paylaş:
425

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər