Yanvar ayının son gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanvar ayının son gününə olan hava proqnozu açıqlanıb

14:57 - 30 / 01 / 2017
Yanvar ayının son gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 31-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb  küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 5-10  dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-i, fevralın 1-də Abşeron yarımadasında xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün çox əlverişsizdir.

1news.az

Paylaş:
513

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər