Kristian Danielson: Avropa İttifaqı Azərbaycanla dialoq və əməkdaşlığı genişləndirmək niyyətindədir | 1news.az | Xəbərlər
Siyasət

Kristian Danielson: Avropa İttifaqı Azərbaycanla dialoq və əməkdaşlığı genişləndirmək niyyətindədir

16:26 - 30 / 01 / 2017
Kristian Danielson: Avropa İttifaqı Azərbaycanla dialoq və əməkdaşlığı genişləndirmək niyyətindədir

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın məlumatına görə, görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycanın Aİ ilə müxtəlif sahələr üzrə faydalı əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Nazir E.Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir edib və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

Baş direktor K.Danielson Avropa İttifaqının Azərbaycan ilə dialoq və əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirdi.

Tərəflərin nümayəndə heyətlərinin tezliklə saziş layihəsi üzrə danışıqlara başlayacağı qeyd olunub.

Görüşdə həmçinin Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
441

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər