Qətərin xarici işlər naziri Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Qətərin xarici işlər naziri Azərbaycana səfər edəcək

16:47 - 30 / 01 / 2017
Qətərin xarici işlər naziri Azərbaycana səfər edəcək

30-31 yanvar tarixlərində Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təninin 31 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər