Rus hərbçilərin Ermənistandakı irimiqyaslı təlimlərinə 150 hərbi texnika cəlb edilib | 1news.az | Xəbərlər
Ermənistan

Rus hərbçilərin Ermənistandakı irimiqyaslı təlimlərinə 150 hərbi texnika cəlb edilib

17:20 - 30 / 01 / 2017
Rus hərbçilərin Ermənistandakı irimiqyaslı təlimlərinə 150 hərbi texnika cəlb edilib

Rusiyanın Ermənistanda olan “Kamxud” və “Alagəz” hərbi bazalarında motoatıcılıq və xüsusi bölmələrdən olan 1,5 mindən çox hərbçi təlimlərdə iştirak edir.

“Sputnik Ermənistan”ın verdiyi xəbərə görə, təlimlərə 150 hərbi xüsusi texnika, eləcə də ən kəşfiyyat və müasir kompleks əlaqələr də daxildir.

“Təlim zamanı hərbçilər mühəndis, silahlı və xüsusi hazırlıqlı 50-dən çox taktiki normativlər yerinə yetirirlər. Eləcə də şərti düşmənin məhv edilməsi üçün təlim-baza məsələlərini həll edir”.

Hazırlığın ən vacib elementlərindən biri Kalaşnikov, snayper tüfəngləri, RPQ-7 tankəlehinə qumbaralardan və hərbi maşınlardan gecə vaxtı istifadədən ibarətdir.

Bu təlimlərin işıqlandırılmış hədəf sahəsində keçirlməsinə xüsusi diqqət yetirilir. Atəşə nəzarət və onun nəticələri üçün hərbçilər istiqaməti göstərən döyüş sursatları, mərmilər, həmçinin pilotsuz aviasiyadan da istifadə edir.

Döyüş hazırlığının keçirilməsindən sonra ekipaj və hesablamalar taktiki-atəş tapşırıqlarının icra edilməsinə buraxılacaq.

1news.az

 

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər