Dövlət Neft və Sənaye Universitetində yeni startup layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Neft və Sənaye Universitetində yeni startup layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib – FOTO

23:36 - 30 / 01 / 2017
Dövlət Neft və Sənaye Universitetində yeni startup layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib – FOTO

Yanvarın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin yeni startup layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib.

ADNSU-dan 1news.az-a verilən məlumata görə, professor və müəllimlərin, yerli və ukraynalı qonaqların iştirak etdikləri tədbirdə təhsil müəssisəsinin Ukraynadakı tərəfdaşı olan Sikorski Çəlleng biznes inkubatoru ilə birgə startup layihəsinin kütləvi istehsalına başlandığı elan olunub.

Universitetin rektoru, professor Mustafa Babanlı ADNSU Startup məktəbinin Kiyev Texniki Universiteti ilə birgə yaratdığı startup məhsulundan danışıb. “Multivizorlar bu il ADNSU-nun startup layihəsi çərçivəsində təqdim etmək istədiyi 4 məhsuldan biridir. Multifunksionallığı ilə yeni məhsulumuz bizi qane edir. Lakin əmək bazarının tələblərinə və tələbata uyğun olaraq bu məhsulu təkmilləşdirmək mümkündür”, - deyə rektor bildirib.

“eAzi Start” Startup məktəbinin Ukraynalı mentoru İqor Peer yeni ərsəyə gətirdikləri məhsulun xüsusiyyətləri, istifadə olunacaq sahələr və funksiyaları ilə bağlı məlumat verib. O, həmçinin “Made in Azerbaijan“ brendi altında bu cür məhsulun yaradılmasının önəmini vurğulayıb.

Tədbirdə “multivizorlar” haqqında videotəqdimat olub və məhsul haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.

ADNSU-nun startup layihəsi olan multivizorların universitetdə kütləvi istehsalına başlanması nəzərdə tutulub. Multivizorlar hazırda mövcud proyeksiyalar və monitorların həll edə bilmədiyi məsələlərlə bağlı innovativ həll yolu təklif edir. Yeni məhsul, eyni zamanda, sənayedə, təhsil, tibb, əyləncə və bu kimi digər sahələrdə istifadə oluna biləcək innovativ məhsuldur.

1news.az

Paylaş:
696

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər