Oxunması vacib olan kitablar cəmi 99 qəpiyə
Hər il dünyada minlərlə kitab çap olunur. Yadınıza salın nə qədər kitab oxumaq istəmisiniz, ancaq vaxt darlığından heç birinə başlamamısınız. Müasir həyat ritminə görə işgüzar insan kitab oxumağa vaxt tapmır.
Readit.az saytı məhz bu problemin həlli üçün yarandı. Bu servisin köməyilə siz az zaman sərf etməklə həftəyə 10 ən vacib kitab oxuya bilərsiniz.
Readit.az bütün dövrlərin ən yaxşı və faydalı kitablarını qısa məzmunda əks etdirən bir online kitabxanadır. Qısa məzmunlu mətnlər kitabın əsas və qiymətli ideyalarını əks etdirir və 8-15 səhifədən ibarətdir. Readit-də qısa məzmunlu kitabları oxumaqla siz müəlliflərin bilik və təcrübəsinə, məsələnin mahiyyətinə yiyələnə bilərsiniz.
Saytda təqdim olunan qısa məzmunlar orijinalından heç də geri qalmır, oxucuya kitabın əsas ideyasını tam olaraq çatdırır. Təsadüfi deyil ki, Readit bir çox dünya şöhrətli müəlliflərlə həmin kitabların qısa məzmununu razılaşdırıb. Məsələn, “Bənövşəyi inək” Set Qodinlə, “Rework: Streotipləri sındıran biznes” kitabının qısa məzmunu isə müəllifi - Devid Xaynemayerlə razılaşdırılıb.
İlk öncə abunə formatında çalışan servis artıq bu aydan ayrı-ayrı kitabların qısa məzmununu satışa çıxardıb. Artıq istədiyiniz kitabın qısa məzmununu cəmi 0.99 AZN-ə əldə edə bilərsiniz. Bəli, düz başa düşdünüz cəmi 99 qəpiyə.
Servisin ən böyük üstünlüyü ondan ibarətdir ki, Azərbaycan dilində heç vaxt dərc olunmayan kitabları ana dilimizdə və qısa məzmunda oxuculara təqdim edir. Məsələn, “Bir dəfə Şimali Koreyada” kitabı Azərbaycan dilində dərc olunmayıb, lakin dünyada ən çox oxunan kitablar siyahısına daxildir. Readit.az məhz dünyada ən çox satılan kitabların arasında oxunması ən vacib olan kitabları seçərək qısa məzmunda öz oxucularına çatdırır.
Bundan başqa, həmişə oxumaq istədiyiniz “Varlı ata, kasıb ata”, “Yüksək effektiv insanların 7 vərdişi”, “Müharibə sənəti” kitablarını qısa zamanda oxuya bilər və dünya görüşünüzü artıra bilərsiniz.
Readit.az layihəsində təqdim olunan kateqoriyalara əsaslanaraq deyə bilərik ki, xidmət ilk növbədə, bütün menecer və rəhbərlər, bugünkü və gələcək sahibkarlar, əməkdaşlarının peşəkar və şəxsi inkişafına dəyər verən şirkətlər və müvafiq profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub. Layihə həmçinin dünyagörüşünü artırmaq istəyən savadlı şəxslər və ya sadəcə işgüzar dilini inkişaf etdirmək istəyənlər üçün də ideal vasitədir.
Readit-də kitabların qısa məzmunu ilə tanış olaraq biznes və düzgün strategiya qurmağı, marketinqdə yeni bilikləri, lider olmağın yollarını, insanlarla necə ünsiyyət qurmağı, tanınmış şəxslər barəsində bilmədiklərinizi öyrənmiş olacaqsınız.
Bu servisdən yararlanaraq hər gün 15-20 dəqiqə şəxsi və professional inkişafınıza vaxt ayırın ki, daima dəyişən peşəkar iş həyatında ən öndə olasınız.
Reklam hüququnda