Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb

13:45 - 31 / 01 / 2017
Fevral ayının ilk gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayının 1-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 1-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 9-14, gündüz  1-6  dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

1news.az

Paylaş:
1154

Son xəbərlər

Bütün xəbərlər