Dövriyyəsi qadağan edilən maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövriyyəsi qadağan edilən maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb

17:38 - 31 / 01 / 2017
Dövriyyəsi qadağan edilən maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, idarənin yük şöbəsində İrandan Azərbaycana gələn Türkiyə vətəndaşının idarə etdiyi yük avtomobili kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarətindən keçirilib.

Nəzarət zamanı, xidməti itin reaksiyasına əsasən, sözügedən vətəndaş gömrük əməkdaşları tərəfindən saxlanılıb və nəqliyyat vasitəsi yoxlanılıb. Nəticədə, avtomobilin kabinəsində - ötürücü qurğunun yanında, içərisində məişət tullantıları olan sellofon torbadakı bir ədəd bükümdə, xalis çəkisi 4,660 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Astara Gömrük İdarəsində psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı daha bir fakt qeydə alınıb. İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn İran vətəndaşı da gömrük nəzarətindən keçərkən, ona məxsus idman çantasında bir ədəd bükümdə, xalis çəkisi 0,838 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
464

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər