Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycanda tanınmasında problem olmayacaq - Açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycanda tanınmasında problem olmayacaq - Açıqlama

18:32 - 31 / 01 / 2017
Qafqaz Universitetini bitirənlərin diplomlarının Azərbaycanda tanınmasında problem olmayacaq - Açıqlama

“Qafqaz Universitetinin diplomlarının tanınmaması məsələsi Azərbaycana aid deyil”.

1news.az xəbər verir ki, bunu APA-ya Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri  Sülhəddin Gözəlov bildirib.

O deyib ki, Azərbaycanda bu məsələ ilə bağlı ciddi problem olmayacaq:

“Eyni zamanda vurğulamaq istərdim ki, hazırda təhsil alan tələbələrin təhsili məsələsi də müsbət həllini tapıb. Çünki onlar təhsillərini bitirdikdə artıq yeni bir universitetin məzunu olacaqlar və diplomların tanınması ilə bağlı heç bir problem olmayacaq. Bu da tələbələr üçün müsbət bir haldır”.

Nazirlik rəsmisi vurğulayıb ki, Qafqaz Universitetində təhsil alan tələbələr 2016/2017-ci tədris ilinin II-yaz semestrindən etibarən Bakı Mühəndislik Universitetinin tələbələri hesab olunacaq və təhsillərini davam etdirəcəklər:

“Təhsillərini Bakı Mühəndislik Universitetində davam etdirmək istəməyən tələbələrin müraciətinə isə tədris ili başa çatandan sonra baxılacaq. Düşünürəm ki, belə istəkdə olan tələbələrin sayıl çox az olacaq. Çünki Bakı Mühəndislik Universitetində tələbələrin təhsillərini yüksək səviyyədə davam etdirməsi üçün bütün şərait yaradılacaq”.

Qeyd edək ki, Türkiyə Ali Təhsil Şurasının (YÖK) qərarı ilə Qafqaz Universitetindən məzun olanların diplomları Türkiyədə tanınmayacaq. Qərara əsasən, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq.

1news.az

Paylaş:
371

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər