“Eurovision-2017” mahnı müsabiqəsinin yarımfinallarının püşkü atılıb | 1news.az | Xəbərlər
Dünya

“Eurovision-2017” mahnı müsabiqəsinin yarımfinallarının püşkü atılıb

22:45 - 31 / 01 / 2017
“Eurovision-2017” mahnı müsabiqəsinin yarımfinallarının püşkü atılıb

Kiyev şəhər administrasiyasında "Eurovision-2017" mahnı müsabiqəsinin yarımfinallarının püşkatma mərasimi keçirilib.

1news.az musavat.com-a istinadən xəbər verir ki, əvvəlcə keçən il müsabiqəyə ev sahibliyi edən Stokholmun meri Yeva-Luiza Erlandsson Slorah ev sahibinin rəmzi açarını Kiyevin meri Vitali Kliçkoya təqdim edib.

Azərbaycan püşk nəticəsində ilk yarımfinalın birinci hissəsində Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya ilə birgə çıxış edəcək.

İlk yarımfinalın ikinci hissəsində Kipr, Sloveniya, Ermənistan, Moldova, Çexiya, Latviya, İslandiya, Yunanıstan, Polşa çıxış edəcəklər. Birbaşa böyük finala vəsiqə qazanan "böyük beşlik" ölkələrindən İtaliya, İspaniya və Böyük Britaniya bu yarımfinalda səs verəcəklər.

İkinci yarımfinalın birinci hissəsində Makedoniya, Malta, Hollandiya, Serbiya, Danimarka, Rusiya, Rumıniya, Macarıstan, Avstriya, İrlandiya, ikinci hissəsində isə İsveçrə, Estoniya, İsrail, Bolqarıstan, San Marino, Litva, Xorvatiya, Norveç, Belarus çıxış edəcək. Bu yarımfinalda "böyük beşlik"dən Almaniya və Fransa, eləcə də bu il müsabiqəyə ev sahibliyi edəcək Ukrayna da səs verəcək.

Xatırladaq ki, "Eurovision-2017" müsabiqə Kiyevdə mayın 9, 11 və 13-də keçiriləcək.

Azərbaycanı müsabiqədə müğənni Diana Hacıyeva təmsil edəcək.

1news.az

Paylaş:
557

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər