Seneqalda şimpanzelər keçmiş başçını döyərək öldürdülər | 1news.az | Xəbərlər
Dünya

Seneqalda şimpanzelər keçmiş başçını döyərək öldürdülər

12:24 - 31 / 01 / 2017
Seneqalda şimpanzelər keçmiş başçını döyərək öldürdülər

Seneqalda bir qrup şimpanze keçmiş başçını qəddarcasına öldürüb.

1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, keçmiş başçı aşağı ranqdan olan şimpanze ilə əlaqə yaradıb. Bundan başqa o öz yüksək statusunu geri qaytarmaq istəyib. Bu isə digər şimpanzeləri bərk əsəbiləşdirib.

Nəticədə onlar keçmiş başçıya hücum edərək dəyənəklərlə və daşlarla onu öldürüblər.

Verilən məlumata görə, bu, qeydə alınan sayca doqquzuncu analoji hadisədir.

1news.az

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər