“Bakı Metropoliteni”ndə xüsusi qərargah yaradılıb – FOTO
Havaların qarlı və şaxtalı olması nəticəsində bəzi metro stansiyalarının giriş-çıxışlarının qarla örtülməsinin qarşısını almaq məqsədilə “Bakı Metropoliteni” QSC-də xüsusi qərargah yaradılıb.
1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuatı xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin briqadaları həmin ərazilərə cəlb edilib. Ərazilərdə təmizləmə işləri aparılır. Qar intensiv yağdığı üçün bəzən giriş-çıxışların qarlı olması mümkündür.
N.Paşayev qeyd edib ki, xüsusilə, Depodan çıxan və Depoya qayıdan qatarların hərəkətini tam təmin etmək üçün yollar təmizlənir. Həmin yollar yerüstü olduğundan bu yollara qar daha çox yağıb. Hazırda qərargah fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.
N.Paşayev bildirib ki, Bakı Metropolıtenının bütün stansiyalarında giriş-çıxışlar nəzarətə götürülüb və qar olan hissələr dərhal təmizlənir.
1news.az