Qonşular arasında mübahisə qanlı bitdi: öz qardaşını öldürdü, qonşusu ölüm ayağındadır
Yanvarın 31-də Biləsuvar rayonunun Amankənd kəndində kənd sakini Azər Əliyevlə əvvəllər məhkum olunmuş Asim Əliyev arasında münaqişə düşüb.
1news.az Daxili İşlər Nairliyinə (DİN) istinadən xəbər verir ki, münaqişə ilə əlaqədar Azərin həyətinə gələn Asim, tüfəngdən açdığı atəşlə Azərin oğlu Şahinə və onu geri qaytarmaq üçün hadisə yerinə gələn öz qardaşı Adilə xəsarət yetirib.
Nəticədə Adil hadisə yerində ölüb, baş nahiyəsindən xəsarət alan Şahin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Asim Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 7 ədəd patron götürülüb.
1news.az