Məşhur cütlük boşanır – FOTO | 1news.az | Xəbərlər
Dünya

Məşhur cütlük boşanır – FOTO

14:07 - 01 / 02 / 2017
Məşhur cütlük boşanır – FOTO

Türkiyə şou-biznesinin məşhur cütülüyü olan Tuba Büyüküstün və Onur Saylak boşanır.

Qeyd edək ki, ulduzlar 2011-ci ildə Parisdə evlənmişdilər. Bu evlilikdən cütlüyün iki əkiz qızı dünyaya gəlmişdi.

Cütlük boşanmaları ilə bağlı aylardır bir söz söyləməsə belə, vəkilə müraciət etdikləri bildirilir.

Boşanma ərizəsinə əsasən qızların – Maya və Topraq anasının himayəsində qalacaqlar. Lakin Saylak  istədiyi vaxt uşaqları görə bilər.

Malvarlığının bölünməsinə görə, cütlüyün 5 il əvvəl 1 milyon dollara aldığı villa, 300 min lirə dəyərində “Mercedes GL 350” model maşın Tubada, Acıbademdəki digər lüks villa isə Onura verilir.

S.Xankişiyeva

 

Paylaş:
1769

Son xəbərlər

Bütün xəbərlər