DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub

14:35 - 01 / 02 / 2017
DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.

DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.

1news.az

Paylaş:
520

Son xəbərlər

Bütün xəbərlər