Azərbaycanlı avtoritet başından güllələnərək öldürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı avtoritet başından güllələnərək öldürüldü

15:34 - 01 / 02 / 2017
Azərbaycanlı avtoritet başından güllələnərək öldürüldü

Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.

Belə ki, Surqut şəhərində “Kafe Rus” iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq (“sxodka”) olub.

Avtoritetlər arasında mübahisə düşüb. Nəticədə Ağdam rayon sakini 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başından güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.

S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.

Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.

1news.az

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər