Xəzər sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb
Xəzər dənizinin Neftçala sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsində meyitin ilkin müayinəsi zamanı mərhumun iş yoldaşları bunu təsdiqləyiblər.
Meyit araşdırma aparılması üçün Bakıya, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə yola salınıb.
Qeyd edək ki, meyit bu gün səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə aşkarlanıb.
1news.az