Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək

22:08 - 01 / 02 / 2017
Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək

14-18 mart tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək.

“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata görə, bu tədbir qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və ekoloji vəziyyətin, iqlim dəyişiklikləri və quraqlıq kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan hökumətinin dəstəyi və Dünya Su Şurasının yaxından iştirakı ilə keçiriləcək Su Həftəsinə dünyanın 40-dan çox ölkəsindən, beynəlxalq və regional təşkilatlardan, nüfuzlu elm mərkəzlərindən alim və mütəxəssislər qatılacaq. Həftə çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci sessiyası və smart toplantı keçiriləcək. BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Su Həftəsi peşəkar diskussiyaların, işgüzar görüşlərin təşkili baxımından da əlverişli məkan olacaq.

Qeyd edək ki, bu il “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 ili tamam olur. Bakı şəhərinin inkişafına müstəsna töhfələr verən bu layihə Azərbaycanın su təsərrüfatı tarixində mühüm hadisə, böyük nailiyyət sayılır. Su həftəsi çərçivəsində “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC tərəfindən bir sıra tədbirlərin təşkili nəzərdə tutulub.

Martın 16-da “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.  Konfransda “Şollar su kəməri  –  dayanıqlı və etibarlı  su təchizatı sistemi”, “Qədim, tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi,  ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil ediləcək.

Yubiley tədbirləri çərçivəsində “Şollar 100” mövzusunda rəsm və foto sərgilər keçiriləcək, tədbir iştirakçılarının Şollar su mənbəyinə və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunacaq.

1news.az

 

Paylaş:
708

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər