İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədrini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədrini qəbul edib – YENİLƏNİB

12:35 - 01 / 02 / 2017
İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədrini qəbul edib – YENİLƏNİB

Prezidenti İlham Əliyev fevralın 1-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Frederik Reynfeldti qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədri Frederik Reynfeldtin Azərbaycana səfərinin ölkəmiz ilə bu qurum arasında əməkdaşlıq məsələlərinin geniş müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi, Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Londonda keçirilən ilk iclasında iştirak etdiyini məmnunluqla xatırladı.

Dövlətimizin başçısı belə bir məqamı vurğuladı ki, ölkəmiz bu prosesə qoşulmağa neft sektorundan əhəmiyyətli maliyyə vəsaiti daxil olmazdan hələ illər öncə qərar vermişdi. Prezident İlham Əliyev o dövrdə təcrübənin öyrənilməsi məqsədilə Azərbaycandan suveren fondları olan ölkələrə nümayəndə heyətlərinin göndərildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Fondunun “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə 2007-ci il üçün “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görüldüyünü məmnunluqla qeyd etdi.

Frederik Reynfeldt Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə ilk qoşulan ölkələrdən biri olduğunu, bu qurumla uzun illər əməkdaşlıq etdiyini və həmin sahədə böyük nailiyyətlər qazandığını vurğuladı. Qonaq ölkəmiz tərəfindən açıqlanan hesabatların bu qurumun tələblərinə uyğun olduğunu qeyd etdi.

Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə əməkdaşlığın davam etdirilməsinə sadiq olması bir daha vurğulandı, ölkəmizin gələcəkdə bu qurumda tam hüquqlu üzv statusunun bərpa olunması üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
617

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər