Ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür

14:02 - 02 / 02 / 2017
Ermənilər tərəfindən saxlanan Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində Azərbaycan vətəndaşının ermənilər tərəfindən saxlanması ilə bağlı məlumat yayıb.

1news.az-ın Dövlət Komissiyasına istinadla verdiyi xəbərə görə,cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.  

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Mövzu ilə əlaqədar oxuyun:

MN: Ermənilərin Azərbaycan Ordusunun itki verməsi barədə yaydığı məlumat yalandır

Ermənilər Azərbaycan Ordusunun hərbçisini yaralayıblar

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər