Putin 16 generalı vəzifəsindən azad edib | 1news.az | Xəbərlər
Dünya

Putin 16 generalı vəzifəsindən azad edib

19:17 - 02 / 02 / 2017
Putin 16 generalı vəzifəsindən azad edib

Rusiya prezidenti Vladimir Putinin Fərmanı ilə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN), Daxili İşlər Nazirliyinin (DİN) və Təhqiqat Komitəsinin 16 generalı vəzifədən azad edilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hələlik kadr dəyişikliklərinin səbəbi ilə bağlı heç bir məlumat verilməyib.

Vəzifəsindən azad edilənlər arasında Rusiyanın FHN-nin Şimali Qafqaz regional mərkəzinin rəisi Nikolay Lityuk, Ural regional mərkəzinin rəisi Sergey Miroşniçenko, Privoljye regional mərkəzinin rəisi İqor Panşin və Uzaq Şərq regional mərkəzinin rəisi Aleksandr Solovyov da var.

Eyni zamanda, Prezidentin Fərmanı ilə Vladlen Aksyonov və Pavel Barışev fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.

1news.az

Paylaş:
888

Son xəbərlər

Bütün xəbərlər