MN: Ermənilərin Azərbaycan Ordusunun itki verməsi barədə yaydığı məlumat yalandır | 1news.az | Xəbərlər
Siyasət

MN: Ermənilərin Azərbaycan Ordusunun itki verməsi barədə yaydığı məlumat yalandır

10:04 - 02 / 02 / 2017
MN: Ermənilərin Azərbaycan Ordusunun itki verməsi barədə yaydığı məlumat yalandır

Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumatda qeyd olunub ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.

Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

1news.az

Paylaş:
1056

Son xəbərlər

Bütün xəbərlər