Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibinə təqdim edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibinə təqdim edib – FOTO

23:15 - 02 / 02 / 2017
Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibinə təqdim edib – FOTO

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi səfir Markos Qalvaoya təqdim edib.

1news.az-a Səfirlikdən xidmətindən verilən xəbərə görə, M.Qalvao E.Poluxova yeni vəzifəsində uğurlar arzulayaraq, onun ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

E.Poluxov Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilməsindən məmnunluq duyduğunu və burada çalışdığı müddətdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.

Söhbət zamanı ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və konkret sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
933

Son xəbərlər

Bütün xəbərlər