Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,4 milyon nəfərə çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,4 milyon nəfərə çatır

16:08 - 03 / 02 / 2017
Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3,4 milyon nəfərə çatır

Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 21 545 nəfər şəxsə fərdi şəxsi hesab açılıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə dair müvafiq göstərici ilə müqayisədə iki dəfədən çoxdur.

1news.az-ın Nazirliyə istinadən verdiyi xəbərə görə, sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 1 fevral 2017-ci il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz (202 785 nəfər) artaraq 3 393 453 nəfərə çatıb.

Hazırda fərdi uçot sisteminin əhatə etdiyi şəxslər arasında say baxımından birinci yeri 30-40 yaşlarında olanlar tutur. Onlar fərdi hesabı açılanların 25,7 faizini (872 504 nəfər) təşkil edirlər. İkinci yerdə 50-60 yaşlarında olanlardır ki, sistemin əhatə etdiyi insanların 711 302 nəfəri (21 faiz) bu yaş qrupunda olanlardan ibarətdir. Sistemdə həmçinin 40-50 yaşlarında olan 676 317 nəfər (19,9 faiz), 30 yaşa qədər olan 676 300 nəfər (19,9 faiz) qeydiyyatdadır. Qalan sığortaolunanlar isə 60 yaşdan yuxarı olan şəxslərdir.

Fərdi şəxsi hesabı açılmış vətəndaşların sayında artım daha çox 30-40 yaşlarında olan vətəndaşlar üzrə özünü göstərir. Sistemdə qeydiyyata alınmış bu yaş qrupundan olan şəxslərin sayı 2016-cı ilin fevral 1-lə müqayisədə 25,7 faiz və ya 71 215 nəfər artıb. Müqayisə olunan dövrdə fərdi uçot sistemində ikinci yüksək artım tempi 60 yaşdan yuxarı olanlar üzrə müşahidə edilib, sistemdə onların sayı 63 169 nəfər və ya 16,5 faiz çoxalıb. Ümumilikdə isə yaş qruplarının hər biri üzrə sistemdə artım qeydə alınıb.

Fərdi uçot sisteminin əhatə dairəsinin getdikcə genişlənməsi ölkəmizin müasir sığorta-pensiya sisteminin əhalinin mənafeyinə uyğun qurulmasından irəli gəlir. Hər bir işləyən şəxs fərdi uçot sistemində qeydiyyata alınmaqla özü üçün pensiya kapitalı toplaya bilir ki, bununla da vətəndaşların öz gələcək etibarlı pensiya təminatında fəal iştirakına şərait yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti isə sığortaolunanlara öz pensiya kapitallarına mütəmadi şəkildə nəzarət etmək imkanı verir. 

1news.az

Paylaş:
759

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər