Gəncə sakininin evindən 10 kiloqramdan çox marixuana çıxdı
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhsəti qəsəbə sakini, əvvəllər məhkum olunmuş Füzuli Əliyevdən 137,6 qram tiryək aşkarlanıb. Onun yaşadığı evə baxış zamanı 10 kiloqram 10 qram marixuana götürülüb.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olmuş Namiq Quliyevdən 455 qram marixuana götürüblər.
Faktlarla bağlı cinayət işləri açılıb, araşdırma aparılır.
891