Ağdam sakini kustar üsulla hazırlanmış silahla özünü öldürüb
Ağdam rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 3-də Ağdam rayonunun Xındırıstan kəndində kənd sakini, 44 yaşlı Tofiq İsmayılov kustar üsulla hazırlanmış odlu silahla ehtiyatsız davranıb, bu zaman açılan atəş nəticəsində baş nahiyəsindən ağır xəsarət alaraq hadisə yerində ölüb.
Ağdam RPŞ əməkdaşları tərəfindən hadisə yerindən kustar üsulla hazırlanmış tüfəng tapılıb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
594