İtaliyada çoxlu sayda yeraltı təkanlar qeydə alınıb | 1news.az | Xəbərlər
Dünya

İtaliyada çoxlu sayda yeraltı təkanlar qeydə alınıb

21:52 - 03 / 02 / 2017
İtaliyada çoxlu sayda yeraltı təkanlar qeydə alınıb

Apennin yarımadasında seysmik aktivlik səngimir: ötən gecə İtaliya ərazisində 30-dan çox yeraltı təkan qeydə alınıb.

Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, ən güclü yeraltı təkan 4,2 bal gücündə olub. Marke regionunda Maçerata şəhəri yaxınlığında qeydə alınan zəlzələnin episentri yer səthindən 6 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.

Xatırladaq ki, 2016-cı il avqustun 24-də indiki yeraltı təkanlardan təxminən 100 kilometr məsafədə baş verən dağıdıcı zəlzələ nəticəsində 300 nəfərədək insan həlak olmuşdu.

Lenta.Ru

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər