Fransua Olland: Trampın Avropa İttifaqına “təzyiqi” ilə barışmaq olmaz
Fransa prezidenti Fransua Olland Avropa İttifaqının 27 ölkəsinin liderlərinin Maltada keçirilən qeyri-formal sammitində ABŞ Prezidenti Donald Trampın Aİ-yə “təzyiqi” ilə barışmamağa çağırıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl Tramp Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasını alqışladığını bildirib, Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib, NATO-nu mühüm, lakin “köhnəlmiş” təşkilat adlandırıb və Rusiya ilə münasibətlərin normallaşması perspektivini açıqlayıb.
Trampın sözlərini şərh edən Olland Avropanın “kənardan məsləhətlərə ehtiyacı olmadığını” deyib. O, həmçinin qeyd edib ki, Aİ hər zaman transatlantik əməkdaşlığa can atacaq, lakin qərarları “öz maraqlarına və dəyərlərinə uyğun olaraq” verəcək.
1news.az