Qəbələdə xüsusi əməliyyat keçirilib
Dövlət Təhlükəsizlyi Nazirliyi (DTX) və polis Qəbələdə birgə əməliyyat keçirib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, DTX-nin Qəbələ rayon şöbəsi və Qəbələ rayon Polis Şöbəsi əməkdaşları rayonun Bum qəsəbə sakinləri - Gülçöhrə Əliyeva, Mahir Musayev və Əfqan Aslanovun yaşadıqları evlərdə axtarış aparıb.
Axtarış zamanı çoxsaylı dini təyinatlı kitab, cd və dvd, yaddaş kartı, jurnal, qeydiyyat dəftəri, bir ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və bir ədəd bıçaq aşkar edilərək götürülüb.
1news.az
627