İtkin düşən neftçilərdən birinin cəsədi tapılaraq ailəsinə təhvil verilib
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 dekabr tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
1news.az xəbər verir ki, bu barədə Qərargahdan Azərtac-a məlumat verilib.
Bildirilib ki, həyata keçirilən axtarış–xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1–ci Mayak kəndi ərazisində sahildə meyiti tapılan şəxsin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olması təsdiq edilərək, ailəsinə təhvil verilib.
1news.az