Goranboyda ailə faciəsi: bir evdə 3 nəfər zəhərləndi, ailə başçısı öldü
Goranboyda qidadan zəhərlənmə olub.
1news.az APA-ya istinadən xəbər verir ki, rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səylərinə rəğmən, İ. Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. S. Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir.
Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib.
1news.az
547