Gədəbəydə ər arvadını döyərək qətlə yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə ər arvadını döyərək qətlə yetirib

18:00 - 05 / 02 / 2017
Gədəbəydə ər arvadını döyərək qətlə yetirib

Gədəbəydə ailədaxili cinayət baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Allahverdiyev Zamur Salman oğlu həyat  yoldaşı 1978-ci il təvəllüdlü Əsgərova Dürdanə Məcid qızını döyərək qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən Z. Allahverdiyev saxlanılıb.

Qətlə yetirilən qadın 3 övlad anası olub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər