Bakıda gəmidə faciə: kapitanın meyiti tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gəmidə faciə: kapitanın meyiti tapıldı

19:35 - 05 / 02 / 2017
Bakıda gəmidə faciə: kapitanın meyiti tapıldı

Bakıda təmirə dayanmış gəminin kapitanının meyiti tapılıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, hadisə Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində, təmirə dayanmış gəmilərdən birində baş verib.

Həmin gəminin kapitanı, 1969-cu il təvəllüdlü Elşən Həsənovun meyiti onun yataq otağında aşkarlanıb. İlkin müayinə zamanı onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər