Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb

16:18 - 06 / 02 / 2017
Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb

Dağlıq Qarabağda daha bir erməni əsgər ölüb.

Ölən şəxs 1997-ci il təvəllüdlü Qor Qareqinyandır.

Erməni tərəfi hadisənin bu gün yerli vaxtla saat 11.00-da qoşunların təmas xəttində baş verdiyi iddia edir.

Azərbaycanın 20% torpaqları – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistanla Azərbaycan arasında 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə sülh danışıqları aparılır. Ermənistan Dağlıq Qarabağda status-kvonun və Azərbaycanın 20% torpaqlarının işğal altında saxlamaqda davam edir.

news.am

Paylaş:
864

Son xəbərlər

Bütün xəbərlər