Azərbaycanın baş konsulu MDB Parlamentlərarası Assambleyasında görüşdə iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın baş konsulu MDB Parlamentlərarası Assambleyasında görüşdə iştirak edib

21:12 - 06 / 02 / 2017
Azərbaycanın baş konsulu MDB Parlamentlərarası Assambleyasında görüşdə iştirak edib

Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleya Şurası Katibliyinin rəhbərlərinin Birlik ölkələrinin Rusiyanın Şimal paytaxtında akkreditə olunmuş səfir və konsulları ilə görüşü keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, MDB PA Şurasının baş katibinin müavini – Azərbaycan Milli Məclisinin MDB PA-da nümayəndəsi Aydın Cəfərov və vitse-konsul Elçin Məmmədov da iştirak ediblər.

MDB PA Şurasının baş katibi – MDB PA Şurası Katibliyinin rəhbəri Aleksey Sergeyev diplomatik missiyaların nümayəndələri, habelə Rusiya Xarici İşlər Nazirliyinin və Sankt-Peterburq Hökumətinin təmsilçiləri ilə görüşün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, yüksək vəzifəli həmkarların Parlamentlərarası Assambleyanın fəaliyyətinə diqqətlə yanaşması və tədbirlərə qatılması MDB PA-nın nüfuzunu təsdiq edir, qurumun fəaliyyətinin səmərəliliyinin artdığını göstərir. O deyib: “Biz əvvəlki kimi hesab edirik ki, parlamentlərarası əlaqələr məkanına çevrilən MDB ölkələrinin Parlamentlərarası Assambleyası sülhün və sabitliyin dəstəklənməsində, humanitar əməkdaşlığın inkişafında mühüm rol oynayır”.

MDB PA Şurasının baş katibi qarşıdan gələn tədbirlər – martın 27-28-də keçiriləcək yubiley sessiyası, VIII Neva Beynəlxalq ekoloji konqresi, habelə əsas tədbirləri 2017-ci ilin oktyabrında Tavriya Sarayında keçiriləcək Parlamentlərarası İttifaqın 137-ci Assambleyası barədə məlumat verib.

Baş konsul Sultan Qasımov da ölkələrimiz arasında əlaqələri intensiv möhkəmləndirən və inkişaf etdirən belə görüşlərin əhəmiyyətini və səmərəliliyini qeyd edib.

AZƏRTAC

Paylaş:
608

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər