Əfqanıstanda qar uçqunları: 100 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda qar uçqunları: 100 nəfər ölüb

09:23 - 06 / 02 / 2017
Əfqanıstanda qar uçqunları: 100 nəfər ölüb

Son üç gündə Əfqanıstanda güclü qar yağması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Şaxtalar və qar uçqunları ölkənin əsasən 22 əyalətində qeydə alınıb. Son məlumatlara görə, əlverişsiz hava şəraiti nəticəsində 168 ev dağılıb, 340 baş mal-qara tələf olub.

Nuristan əyalətində iki yaşayış məntəqəsi qar altında qalıb. Kəndlərin birində xilasedicilər 50 nəfəri uçqun altından çıxarıblar.

RİA Novosti

Paylaş:
555

Son xəbərlər

Bütün xəbərlər