Dənizdə köməksiz qalan balıqçılar xilas ediliblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə köməksiz qalan balıqçılar xilas ediliblər

09:40 - 06 / 02 / 2017
Dənizdə köməksiz qalan balıqçılar xilas ediliblər

3 fevral 2017-ci il tarixdə, saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalmaları barədə məlumat daxil olub.

1news.az Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən xəbər verir ki, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib.

DSX-dan bildirilib ki, Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu saat 20:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.

1news.az

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər