Türkiyədə zəlzələ baş verib | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə zəlzələ baş verib

09:56 - 06 / 02 / 2017
Türkiyədə zəlzələ baş verib

Bu gün səhər saatlarında Türkiyənin Çanakkale vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 06:51-də baş verən zəlzələnin episentri Ayvacıq rayonunda olub. Yeraltı təkanların ocağı 9,25 kilometr dərinlikdə yerləşib.

Çanakkale valisinin verdiyi xəbərə görə, dağıntı və xəsarət alanlar barədə məlumat daxil yoxdur.

Haberturk

Paylaş:
1304

Son xəbərlər

Bütün xəbərlər