Şəhid Çingiz Qurbanovla vida mərasimi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid Çingiz Qurbanovla vida mərasimi keçirilir

10:04 - 06 / 02 / 2017
Şəhid Çingiz Qurbanovla vida mərasimi keçirilir

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri və hərbçilər TTM-ə toplaşırlar.

Qeyd edək ki, şəhid əsgərimizin meyiti ötən gün Azərbaycana təhvil verilib.

1news.az

Paylaş:
883

Son xəbərlər

Bütün xəbərlər