Bakıda yeni dələduzluq: bu insandan ehtiyatlı olun! - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yeni dələduzluq: bu insandan ehtiyatlı olun! - VİDEO

10:30 - 06 / 02 / 2017
Bakıda yeni dələduzluq: bu insandan ehtiyatlı olun! - VİDEO

Bakıda yeni dələduzlar ortaya çıxıb.

1news.az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bir videoda adamın özünü avtomobilin qarşısına atdığı əks olunur.

Kameraya düşən şəxs əlini avtomobilinizə çırpıb yerə yıxılır ki, guya onu maşınla vurdunuz.

Şəhərin müxtəlif yerlərində dayanan şəxs hazırda Alatavadan Şamaxinkaya çıxan yolda "növbə çəkir". Amma bu dəfə işi alınmayıb. Videodan göründüyü kimi avtomobil piyadanın yanından asta-asta ötüb keçir, sonradan sürücü arxa tərəfdən tappıltı səsi eşidir. Güzgüdən baxan sürücü arxada bir nəfərin yerə yıxıldığını müşahidə edir. Sürücü maşını kənara verib dayanır, düşən kimi artıq ətrafdakı adamlardan bir neçəsi sürücüyə xəbər verirlər ki, bu adam həmişə bu işlə məşğul olur - əlini maşının arxa tərəfinə vurub özünü yerə yıxır.

Sürücü artıq çıxıb yolun kənarında oturan bu adama yaxınlaşıb və ona xəbərdarlıq edib ki, onu videokameraya çəkib və internetdə yayacaq, piyada dərhal yazıq görkəm alıb:

“Mən nə deyirəm ki?.. Ayağım sürüşdü, yıxılanda əlim maşınına dəydi”.

Amma başqa hallarda bir çox sürücüləri bu yolla bəlaya salır.

Qeyd edək ki, dələduzluqla məşğul olanlar iki nəfərdir. Qarşıdan gələn adamın son anda avtomobili vurmaq üçün əlini cibindən çıxarması da kameraya düşüb.

1news.az

Paylaş:
825

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər