Bakıda 67 yaşlı kişi özünü asıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 67 yaşlı kişi özünü asıb

10:51 - 06 / 02 / 2017
Bakıda 67 yaşlı kişi özünü asıb

Bakıda intihar hadisəsi baş verib.

1news.az “Report”a istinadən xəbər verir ki, un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 38 ünvanında yaşayan 1950-ci il təvəllüdlü Yaşar Əliyev özünü həyətdə ağacdan kəndirlə asaraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

1news.az

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər