Çində əhali artmağa davam edir: 2020-ci ilin proqnozu
Çində əhalinin sayı sürətlə artır.
1news.az Trend-ə istinadən xəbər verir ki, 2020-ci ildə bu ölkədə əhalinin sayı təxminən 1 milyard 420 milyon nəfər olacağı gözlənilir.
Statistik məlumata görə, Çində əhalinin orta illik artımı 6 faiz təşkil edir.
Belə ki, ötən il Çində əhalinin sayı 1 milyard 382 milyon 271 min nəfər olub ki, bu göstərici də 2015-ci il göstəricisindən 8 milyon nəfər çoxdur.
1news.az
707